Danimarkanın kraliçası ülyahəzrət II Marqretə - Bakı şəhəri, 14 aprel 2000-ci il


Ülyahəzrət!

Danimarka Krallığının milli bayramı - Kraliçanın təvəllüdü günü münasibətilə Sizi, kral ailəsinin üzvlərini və dost Danimarka xalqını səmimi-qəlbdən təbrik edirəm.

Mən Azərbaycan Respublikası ilə Danimarka Krallığı arasında təşəkkül tapmış münasibətlərin inkişafını yüksək qiymətləndirirəm. İnanıram ki, ölkələrimiz arasındakı əlaqələr genişlənərək xalqlarımızın rifahının yüksəlməsinə, regionda sülhün və sabitliyin möhkəmlənməsinə xidmət edəcəkdir.

Fürsətdən istifadə edib Sizə cansağlığı və səadət, ölkənizə əmin-amanlıq və daha böyük tərəqqi arzulayıram.

Hörmətlə,

Heydər Əliyev, 
Azərbaycan Respublikasının Prezidenti.

Tarixi arayış

Azərbaycan - Avropa