Əlahəzrət!
Ölkənizin milli bayramı -Birləşmiş Ərəb əmirlikləri dövlətinin yaradılması günü münasibətilə Sizi və xalqınızı səmimi-qəlbdən təbrik edirəm.
Ölkələrimiz arasındakı münasibətlərin bugünkü səviyyəsindən məmnunam. Əminəm ki, xalqlarımızın bir-birinə bəslədiyi dostluq hissləri ilə təməli qoyulmuş dövlətlərarası əlaqələrimiz və əməkdaşlığımız daim inkişaf edəcək və möhkəmlənəcəkdir.
Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, qardaş Birləşmiş Ərəb əmirlikləri xalqına əmin-amanlıq və firavanlıq arzulayıram.
Hörmətlə,
Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.
"Azərbaycan" qəzeti, 1 dekabr 2002-ci il.