Almaniya Federativ Respublikasının kansleri zati-aliləri cənab Gerhard Şröderə - Bakı şəhəri, 27 sentyabr 2002-ci il


Hörmətli cənab kansler!

Almaniya Federativ Respublikasının milli bayramı - Alman birliyi günü münasibətilə Sizi və xalqınızı ürəkdən təbrik edirəm.

Ölkələrimiz arasındakı əlaqələrin gündən-günə inkişafından məmnunam. Ümidvaram ki, qarşılıqlı səylərimizlə bütün sahələrdə səmərəli əməkdaşlığa nail olacağıq.

Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Almaniya xalqına sülh və firavanlıq arzulayıram.

Hörmətlə,

Heydər Əliyev, 
Azərbaycan Respublikasının Prezidenti.


"Azərbaycan" qəzeti, 3 oktyabr 2002-ci il.