1980-ci ildə Vaşınqton şəhərində təsis edilib. Qeyri-kommersiya təşkilatıdır. Muzeyin binası 1982-ci ildə layihələşdirilib və İntibah dövrü memarlığı nümunəsidir. Muzeydə, adətən, Amerikanın ən hörmətli və yüksək səviyyəli qonaqları üçün qəbullar keçirilir. Amerika memarlığında mühüm yer tutan bu muzeyə ABŞ-da xüsusi ehtiram və diqqət göstərilir. ABŞ prezidenti hər il Milad bayramında bu muzeyə gəlir və çıxış edir. Onun çıxışı televiziya vasitəsilə bütün dünyaya yayılır. Muzeydə tarix, memarlıq, inşaat texnologiyası sahəsində geniş tədqiqat işləri aparılır.