Əlahəzrət!
Küveyt dövlətinin milli bayramı münasibətilə Sizi və bütün Küveyt xalqını ürəkdən təbrik edirəm.
Əminəm ki, Azərbaycan Respublikası ilə Küveyt dövləti arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişafı daim xalqlarımızın rifahına xidmət edəcəkdir.
Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Küveyt xalqına əmin-amanlıq və tərəqqi arzulayıram.
Hörmətlə,
"Azərbaycan" qəzeti, 15 fevral 2003-cü il.