Çin Xalq Respublikasının sədri zati-aliləri cənab Xu Szintaoya - 16 oktyabr 2003-cü il


Zati-aliləri!

Çin Xalq Respublikasının "Şençou-5" kosmik gəmisinin kosmosa müvəffəqiyyətlə uçuşu münasibətilə sizi və bütün Çin xalqını ürəkdən təbrik edirəm. Ümidvaram ki, ölkələrimiz arasındakı dostluq və əməkdaşlıq münasibətləri xalqlarımızın rifahı naminə daim inkişaf edəcək və genişlənəcəkdir.

Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Çin xalqına sülh və tərəqqi arzulayıram.

Hörmətlə,

Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.


"Azərbaycan" qəzeti, 17 oktyabr 2003-cü il.

Tarixi arayış

Azərbaycan - Asiya