Türkiyə Respublikasının Prezidenti zati-aliləri cənab Süleyman Dəmirələ - Bakı şəhəri, 13 noyabr 1999-cu il


Əziz dostum və qardaşım!

İstanbul yaxınlığındakı Düzcə-Bolu bölgəsində baş vermiş zəlzələ nəticəsində çoxsaylı insan tələfatı və dağıntı barədə xəbər məni dərindən sarsıtdı.

Bu faciə ilə əlaqədar dərdinizə şərik çıxır, sizə, həlak olanların qohumlarına və yaxın adamlarına dərin hüznlə başsağlığı verir, yaralananların və xəsarət alanların tezliklə sağalmasını arzu edirəm.

Heydər Əliyev, 
Azərbaycan Respublikasının Prezidenti.