Əlahəzrət!
Qətər dövlətinin milli bayramı - Müstəqillik günü münasibətilə Sizi və dost Qətər xalqını ürəkdən təbrik edirəm.
Əminəm ki, Azərbaycan Respublikası ilə Qətər dövləti arasındakı dostluq və əməkdaşlıq münasibətləri xalqlarımızın mənafeyinə uyğun olaraq daim inkişaf edəcək və möhkəmlənəcəkdir.
Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, ölkənizə əmin-amanlıq və firavanlıq arzulayıram.
Hörmətlə,
Heydər Əliyev
Azərbaycan Respublikasının Prezidenti.