Macarıstan Respublikasının Prezidenti zati-aliləri cənab Ferents Madla - Bakı şəhəri, 12 oktyabr 2002-ci il


Hörmətli cənab prezident!

Macarıstan Respublikasınınmilli bayramı münasibətilə Sizi və xalqınızı ürəkdən təbrik edirəm.

Ümidvaram ki, ölkələrimiz arasındakı dostluq münasibətləri xalqlarımızın mənafeyi naminə daim inkişaf edərək qarşılıqlı surətdə faydalı əməkdaşlıq üçün geniş imkanlar açacaqdır.

Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Macarıstan xalqına sülh və firavanlıq arzulayıram.

Hörmətlə,

Heydər Əliyev, 
Azərbaycan Respublikasının Prezidenti.


"Azərbaycan" qəzeti, 23 oktyabr 2002-ci il.

Tarixi arayış