Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Moldova Prezidenti Petru Luçinski ilə təntənəli görüşdəki söhbətindən - Prezident sarayı, 26 noyabr 1997-ci il


Heydər Əliyev: Hörmətli cənab Petru Luçinski! Sizi Azərbaycan torpağında səmimiyyətlə salamlayır və mənim dəvətimi qəbul edərək Azərbaycana rəsmi səfərə gəldiyinizə görə sizə minnətdarlığımı bildirirəm.

Müstəqil Dövlətlər Birliyinin üzvü olan ölkələrin dövlət başçılarının oktyabrın 23-də Kişinyovda keçirilən görüşündə iştirak etmək üçün Moldovaya səfərimi məmnunluqla xatırlayıram və razılıqla bəhs etmək istəyirəm ki, Azərbaycan-Moldova əməkdaşlığının inkişafına hər iki tərəf ciddi maraq göstərir. Nəzərinizə çarpdırıram ki, demokratik hüquqi dövlət quran, bazar münasibətləri yolunu seçən, bütün sahələrdə islahatları uğurla həyata keçirən gənc müstəqil Azərbaycanda dünya birliyi ilə əlaqələrin durmadan sıxlaşdırılmasına xüsusi diqqət yetirilir.

Respublikamızda hazırkı ictimai-siyasi vəziyyət sabitlik və investorların ölkə iqtisadiyyatına sərmayə qoyması üçun hər cür şərait və hüquqi-normativ baza yaradılmışdır. 1995-cı ı bağlanan sərbəst ticarət haqqında saziş ölkələrimiz arasında əlaqələrin genişlənməsinin təməlini qoymuş, artıq 1996-cı ildə Moldova ilə Azərbaycan arasındakı idxal-ixrac əməliyyatları müvafiq olaraq 4,6 və 6,4 milyon ABŞ dolları həcmində aparılmışdır. 1997-ci ilin oktyabrında Azərbaycan, Gürcüstan, Moldova Ukrayna respublikaları dövlət başçılarının Strasburqdakı birgə görüşü zamanı imzalanan bəyanat bu dövlətlərin qlobal məsələnin həllində birgə mövqeyinin inandırıcı ifadəsi olnıuşdur.

Petru Luçinski: Çox hörmətli Heydər Əliyev! Məni Azərbaycana rəsmi səfərə dəvət etdiyinizə görə Sizə dərin minnətdarlığımı və təşəkkürümü bildirirəm. Fərəhlə nəzərə çarpdırıram ki, Moldova Azərbaycanla bütün sahələrdə əlaqələrin möhkəmləndirilməsinə xüsusi maraq göstərir.

Əziz Heydər Əliyev, Sizinlə görüşdən şərəf duyduğumu vurğulayıram və bildirirəm ki, Sizin rəhbərliyiniz altında Azərbaycanda hüquqi demokratik dövlət quruculuğu və islahatların müvəffəqiyyətlə həyata keçirilməsi sahəsində görülən işləri biz Moldovada diqqətlə izləyirik və bundan çox məmnun oluruq. Eyni sözləri müstəqil Moldova Respublikasında son illərdə həyata keçirilən tədbirlər və ölkəmizin hazırkı vəziyyəti barədə də söyləmək olar ki, mən bunlar haqqında məmnuniyyətlə ətraflı söz aça bilərəm. Xəzərin Azərbaycan sektorundakı yataqların birgə işlənməsı üçün bir sıra ölkələrin nüfuzlu şirkətləri ilə ARDNŞ arasında bağlanmış tarixi əhəmiyyətli müqavilələri Sizin vurğuladığımız kimi mən də yüksək qiymətləndirirəm və bu yataqlardan hasil edilən nefti dünya bazarına çıxaracaq kəmərlərin marşrutları barədə apardığımız fikir mübadiləsi əhəmiyyətli oldu. Mən də bu fikirdəyəm ki, Azərbaycan-Maldova əlaqələrinin genişləndirilməsi perspektivləri hər iki dövlətimiz və xalqlarımız üçün faydalı olacaqdır.

Səmimi söhbət uçün Sizə bir daha təşəkkür edirəm.