Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Hindistan Respublikasının Prezidenti zati-aliləri cənab K.R.Narayanana təbriki - Bakı şəhəri, 22 yanvar 2001-ci il


Hörmətli cənab Prezident!

Hindistan Respublikasının milli bayramı - Respublika günü münasibətilə Sizi və dost Hindistan xalqını səmimi-qəlb-dən təbrik edirəm.

Ölkələrimiz arasında əlaqələrin möhkəmlənməsinə böyük əhəmiyyət verirəm. Əminəm ki, qarşılıqlı münasibətlərimizin inkişafı bundan sonra da xalqlarımızın mənafeyinə xidmət edəcəkdir.

Sizə möhkəm cansağlığı və işlərinizdə uğurlar, ölkənizə sülh, tərəqqi və firavanlıq arzulayıram.

Hörmətlə,

Heydər Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Oçerklər

Azərbaycan - Asiya

Ümumi tarixi arayış

Azərbaycan - Asiya

Tarixi arayış

Azərbaycan - Asiya