Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin iki müqəddəs ocağın xadimi, Səudiyyə Ərəbistanının kralı əlahəzrət Fəhd bin Əbdul Əziz əl Səuda təbriki - Bakı şəhəri, 19 noyabr 2001-ci il


Əlahəzrət!

Hakimiyyətə gəlişinizin 20 illiyi münasibətilə Sizi ürəkdən təbrik edirəm.

Ölkələrimiz arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı sahəsində xidmətlərinizi yüksək qiymətləndirirəm. Əminəm ki, Azərbaycan Respublikası ilə Səudiyyə Ərəbistanı arasındakı əlaqələr xalqlarımızın mənafeyinə uyğun olaraq daim inkişaf edəcək və genişlənəcəkdir.

Sizə möhkəm cansağlığı, səadət, dost Səudiyyə Ərəbistanının rifahı naminə fəaliyyətinizdə uğurlar diləyirəm.

Hörmətlə,

Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.