Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Pekin İctimai Elmlər Akademiyasında çıxışı (9 mart 1994-cü il) sənədinə tarixi arayış


Heydər Əliyev Çin Xalq Respublikasının sədri Tszyan Tszeminin dəvətilə 7-10 mart 1994-cü ildə Çində rəsmi səfərdə olub. Səfər zamanı Heydər Əliyev və ÇXR sədri iki ölkə arasında dostluq münasibətlərinin inkişaf etdirilməsinin əsasları haqqında birgə bəyanat imzalayıblar. Rəsmi səfərin gedişində eləcə də iki ölkə arasında hava yolunun açılması haqqında, elmi-texniki və mədəni əməkdaşlıq, təbabət, radio və televiziya, turizm sahəsində, investisiyaların təşviqi və qarşılıqlı qorunması barədə yeddi mühüm sənəd imzalanıb.

Heydər Əliyev Çinin Pekin və Şanxay şəhərlərini ziyarət edib, Pekin İctimai Elmlər Akademiyasında nitq söyləyib, Böyük Çin səddi ilə tanış olub. Bu səfər Çinlə Azərbaycan arasındakı münasibətlərin daha da yaxşılaşmasına təkan verib.