Qətər dövlətinin əmiri əlahəzrət Şeyx Həməd bin Xəlifə al Taniyə - Bakı şəhəri, 27 avqust 2002-ci il


Əlahəzrət!

Qətər dövlətinin milli bayramı - Müstəqillik günü münasibətilə Sizi və xalqınızı ürəkdən təbrik edirəm.

Əminəm ki, Azərbaycan ilə Qətər arasında möhkəmlənən dostluq əlaqələri hərtərəfli və faydalı əməkdaşlıq üçün geniş imkanlar açacaqdır.

Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Qətər xalqına əmin-amanlıq və tərəqqi arzulayıram.

Hörmətlə,

Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.

"Azərbaycan" qəzeti, 2 sentyabr 2002-ci il.