Zati-aliləri!
Sudan Respublikasının müstəqillik gününün ildönümü münasibətilə sizi və qardaş Sudan xalqını səmimi-qəlbdən təbrik edir, sizə cansağlığı və uğurlar, ölkənizə sülh, əmin-amanlıq və tərəqqi arzulayıram.
Ümidvaram ki, Azərbaycan Respublikası ilə Sudan Respublikası arasında dostluq və əməkdaşlıq əlaqələri inkişaf edərək xalqlarımızın rifahının yaxşılaşmasına xidmət edəcəkdir.
Hörmətlə,
Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.