Jak Şirak, Fransa Respublikasının Prezidenti (1995-2007)


Bu qeyri - adi şəxsiyyət Azərbaycanı tərəqqi yoluna gətirib çıxarmışdır. Müxtəlif görüşlərimiz zamanı, xüsusilə Dağlıq Qarabağ münaqişəsini sülh yolu ilə həllində onun göstərdiyi cəsarəti, müdrikliyi və qətiyyəti yüksək qiymətləndirdim.
 
***

Azərbaycanın Avropa ölkələri ailəsində özünəlayiq yer tutmasını böyük təcrübəyə malik, şöhrətli dövlət xadimi Heydər Əliyevin uzaqgörən, müdrik siyasətinin gözəl bəhrəsi kimi dəyərləndirirəm. Azərbaycanın Avropa Şurasına qəbul edilməsi, bu ölkədə insan haqlarının qorunması, demokratiyanın möhkəmlənməsi, daim inkişafda olması məhz Heydər Əliyevin siyasətinin nəticəsidir.

...Azərbaycanın bəxti onda gətirib ki, bu ölkəyə Prezident Heydər Əliyev kimi böyük siyasi iradəyə, zəngin dövlətçilik təcrübəsinə malik, müdrik, uzaqgörən və nüfuzlu dövlət xadimi rəhbərik edir.

...Prezident Heydər Əliyevi Parisdə qəbul etmək mənim üçün böyük sevincdir. Çoxdandır ki, bizim aramızda qarşılıqlı dostluq münasibətlərindən də artıq əlaqələr yaranmışdır. Mən Prezident Heydər Əliyevə dərin hörmət bəsləyirəm.
 
***

Bu gün 2002 - ci il sentyabrın 18 - də ABƏŞ Bakı - Tbilisi - Ceyhan neft kəmərinin təməlinin qoyulduğunu və yataqlarının istismarının Faza - 2 mərhələsinin başlanğıcını elan edəcəkdir.

Bu hadisə Prezident Heydər Əliyevin uzun illərdən bəri həyata keçirdiyi səylərin nəticəsidir və Fransa onu ilk gündən tamamilə dəstəkləmişdir.

Bugünkü mərasim xarici sərmayələri cəlb etmək yolunu tutmuş Azərbaycanın inkişaf strategiyasının nə qədər düzgün olduğunu bir daha təsdiqləyir.

"Dünyanı heyran qoyan insan" (İdeyanın müəllifi və buraxılışa məsul: Ramiz Mehdiyev) - Azərnəşr, Bakı-2004, səh.76.