Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Konqo Respublikasının Prezidenti zati-aliləri cənab Deni Sassu-Nqessoya təbriki - Bakı şəhəri, 7 avqust 2001-ci il


Hörmətli cənab Prezident!

Konqo Respublikasının milli bayramı – Müstəqillik günü münasibətilə Sizi və dost Konqo xalqını səmimi-qəlbdən təbrik edirəm.

Əminəm ki, Azərbaycan - Konqo əlaqələrinin inkişafı ölkələrimiz üçün faydalı olacaqdır.

Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, ölkənizə sülh və əmin-amanlıq arzulayıram.

Hörmətlə,

Heydər Əliyev

Azərbaycan Respublikasının Prezidenti

 


Oçerklər

Ümumi tarixi arayış

Tarixi arayış