Estoniya Respublikasının Prezidenti zati-aliləri Lennart Meri cənablarına - 24 fevral 1995-ci il


Zati-aliləri!

Estoniya Respublikasının milli bayramı - Müstəqillik günü münasibətilə sizi və bütün dost eston xalqını şəxsən öz adımdan və Azərbaycan xalqı adından səmim-qəlbdən təbrik edir, ölkənizə sülh, əmin-amanlıq və tərəqqi arzulayıram.

Ümidvaram ki, Azərbaycan ilə Estoniya arasında dostluq və əməkdaşlıq əlaqələri xalqlarımızın rifahı naminə inkişaf edəcəkdir.

Hörmətlə,

Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.