Möhtərəm inqilab rəhbəri!
Böyük məmnuniyyətlə Sizə və xalqınıza dərin ehtiramımı izhar edir və səmimi salamlarımı bildirirəm. Sizin rəhbərliyiniz altında ölkənizin əldə etdiyi nailiyyətləri böyük maraqla izləyirəm.
Sizi və xalqınızı "Əl-Fətih" inqilabının 25-ci ildönümü münasibətilə ürəkdən təbrik edir, "Yaşıl kitabın xalqınız qarşısına qoyduğu vəzifələrin bütövlükdə həyata keçməsini arzulayıram. Tarixi, dini, adət-ənənələri bir olan xalqlarımız arasındakı qardaşlıq əlaqələrinin və qarşılıqlı əməkdaşlığın hərtərəfli inkişaf etməsini Allah-təaladan diləyirəm.
Sizə və xalqınıza müvəffəqiyyətlər, cansağlığı və xoşbəxtlik arzulayıram.
Hörmətlə,