Hindistan Respublikasının Prezidenti zati-aliləri cənab K.R.Narayanaya - Bakı şəhəri, 25 yanvar 2000-ci il


Hörmətli cənab prezident!

Hindistan Respublikasnının milli bayramı - Respublika gününün 50-ci ildönümü münasibətilə sizi və dost Hindistan xalqını ürəkdən təbrik edirəm.

Mən Azərbaycan Respublikası ilə Hindistan Respublikası arasında dostluq və hərtərəfli əməkdaşlıq münasibətlərinin möhkəmlənməsinə xüsusi əhəmiyyət verirəm və əminəm ki, qarşılıqlı əlaqələrimizin inkişafı xalqlarımızın rifahının yüksəlməsinə, bütün dünyada sülh və sabitliyin təmin olunmasına xidmət edəcəkdir.

Fürsətdən istifadə edib sizə cansağlığı və uğurlar, ölkənizə sülh, əmin-amanlıq və tərəqqi arzulayıram.

Hörmətlə,

Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.

Oçerklər

Ümumi tarixi arayış

Tarixi arayış

Azərbaycan - Asiya