Türkiyə Böyük Millət Məclisinin sədri zati-aliləri cənab Yıldırım Akbuluta - Bakı şəhəri, 28 oktyabr 1999-cu il


Hörmətli сənаb sədr!

Türkiyə Respublikasının milli bayramı - Cümhuriyyət élan edilməsinin 76-cı ildönümü münasibətilə Sizi, Türkiyə Böyük Millət Məclisinin üzvlərini və bütün qardaş türk xalqını ürəkdən təbrik edirəm.

Türkiyə Respublikası ötən illər ərzində türk dünyasının böyük öndəri Mustafa Kamal Atatürkün yolu ilə irəliləyərək sürətlə inkişaf etmiş, xalqın milli-mənəvi dəyərlərini, adətənənələrini qoruyub saxlamaqla dünyanın qüdrətli ölkələri sırasına çıxmış, demokratiyanın və insan hüquqlarının bərqərar olmasında dəyərli nailiyyətlər əldə etmişdir.

Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında əlaqələr hərtərəfli inkişaf edir. Mən ölkələrimizin tarixi dostluq, qardaşlıq və əməkdaşlıq münasibətlərinin getdikcə genişlənməsini və mökəmlənməsini yüksək qiymətləndirirəm.

Əminəm ki, Sizinlə birgə səylərimiz sayəsində qardaş xalqlarımız arasında uğurla inkişaf edən mehriban dostluq əlaqələri və işbirliyi daha da sıxlaşacaq və dərinləşəcək, kökü, dili və amalı bir olan xalqlarımızın rifahına və əmin-amanlığına xidmət edəcəkdir.

Fürsətdən istifadə edərək mən Türkiyənin məruz qaldığı zəlzələ ilə əlaqədar dərdinizə şərik çıxdığımızı bir daha bildirir və fəlakətin nəticələrini tezliklə aradan qaldırmağınızı arzulayıram.

Əziz bayram günündə Sizə möhkəm cansağlığı və uğurlu fəaliyyət, dost ölkənizə sülh və daimi yüksəliş arzulayıram.

Hörmətlə,

Heydər Əliyev, 
Azərbaycan Respublikasının Prezidenti.