Çexiya Respublikasının prezidenti zati-aliləri cənab Vatslav Klausa -22 oktyabr 2003-cü il


Hörmətli cənab prezident!

Çexiya Respublikasının milli bayramı münasibətilə Sizi və xalqınızı ürəkdən təbrik edirəm.

Əminəm ki, Azərbaycan Respublikası ilə Çexiya Respublikası arasında yaranmış dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı xalqlarımız üçün hər cəhətdən faydalı olacaqdır.

Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Çexiya xalqına sülh və tərəqqi arzulayıram.

Hörmətlə,

Heydər Əliyev, 
Azərbaycan Respublikasının Prezidenti.


"Azərbaycan" qəzeti, 28 oktyabr 2003-cü il.

Tarixi arayış

Azərbaycan - Avropa