Xorvatiya Respublikasının Prezidenti zati-aliləri cənab Stefan Mesiçə - Bakı şəhəri, 28 may 2001-ci il


Hörmətli cənab prezident!

Xorvatiya Respublikasının milli bayramı - dövlətin elan edilməsi günü münasibətilə Sizi və dost Xorvatiya xalqını səmimi qəlbdən təbrik edirəm.

Əminəm ki, Azərbaycan Respublikası ilə Xorvatiya Respublikası arasında təşəkkül tapmaqda olan dostluq və əməkdaşlıq münasibətləri ölkələrimizin və xalqlarımızın rifahına öz töhfəsini verəcəkdir.

Sizə möhkəm cansağlığı, uğurlar, ölkənizə sülh və əmin-amanlıq arzulayıram.

Hörmətlə,

Heydər Əliyev, 
Azərbaycan Respublikasının Prezidenti.


"Azərbaycan" qəzeti, 30 may 2001-ci il.

Tarixi arayış