MDB-nin üzvü olan dövlətlərin başçılarının iclasından sonra birgə mətbuat konfransında jurnalistlərin suallarına Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin cavabı - Moskva, 29 mart 1997-ci il


Sual: Bu gün dəfələrlə bəyan edildi ki, dövlət başçıları arasında çox açıq söhbət getdi. Bilmək istərdik, Rusiya hərbi texnikasının Ermənistana əvəzsiz və gizli verilməsi məsələsi müzakirə edildimi?

Heydər Əliyev: Bəli, bu məsələ müzakirə olundu. Daha doğrusu, o, Birlik ölkələrinin xarici işlər nazirlərinin görüşlərində, müdafiə nazirlərinin görüşündə, baş nazirlərinin görüşündə müzakirə edildi və dövlət başçılarına belə bir məlumat vermək qərara alındı ki, qanunsuz surətdə hərbi texnika göndərilib və təhqiqat aparılır. İvan Mixayloviç Korotçenya məlumat verdikdən sonra Boris Nikolayeviç təhqiqatın bitməsini gözləməyi və iyun ayında dövlət başçılarının növbəti görüşündə bu məsələni təhqiqatın yekunlarını nəzərə almaqla tam müzakirə etməyi təklif etdi.