Türkiyə Respublikası Quru Qüvvələrinin komandanı, ordu generalı cənab Atilla Atəşə – Bakı şəhəri, 30 avqust 2000-ci il


Hörmətli cənab Atilla Atəş!

Azərbaycan Respublikasının keçmiş prezidenti, Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əbülfəz Elçibəyin vəfatı münasibətilə göndərdiyiniz başsağlığı məktubunuzla əlaqədar olaraq Sizə minnətdarlığımı bildirirəm.

Hörmətlə,

 

Heydər Əliyev,

Azərbaycan Respublikasının Prezidenti

“Azərbaycan” qəzeti, 31 avqust 2000-ci il