Hörmətli cənab Prezident!
Ölkənizin milli bayramı - Əlcəzair inqilabı günü münasibətilə Sizi və Əlcəzair Xalq Demokratik Respublikasının dost xalqını səmimi-qəlbdən təbrik edirəm.
İnanıram ki, Azərbaycan Respublikası ilə Əlcəzair arasında dostluq və əməkdaşlıq əlaqələri xalqlarımızın rifahı naminə getdikcə genişlənəcək və inkişaf edəcəkdir.
Fürsətdən istifadə edib Sizə və ölkənizin bütün vətəndaşlarına cansağlığı və səadət, sülh, əmin-amanlıq və tərəqqi arzulayıram.
Hörmətlə,
Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.