Hörmətli cənab Prezident!
Misir Ərəb Respublikasının milli bayramı - İnqilab günü münasibətilə Sizi və dost Misir xalqını ürəkdən təbrik edirəm.
Ölkələrimiz arasındakı dostluq və qarşılıqlı surətdə faydalı əməkdaşlıq münasibətlərini yüksək qiymətləndirirəm. Əminəm ki, ikitərəfli əlaqələrimiz xalqlarımızın mənafeyinə xidmət edərək bundan sonra da daim genişlənəcək və inkişaf edəcəkdir.
Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, ölkənizə sülh və əmin-amanlıq arzulayıram.
Hörmətlə,
Heydər Əliyev
Azərbaycan Respublikasının Prezidenti.