Latviya Respublikasının Prezidenti zati-aliləri xanım Vayra Vike-Freyberqə - 18 iyun 1999-cu il


Hörmətli xanım prezident!

Latviya Respublikasının prezidenti seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm. Azərbaycan Respublikası ilə Latviya Respublikası arasında təşəkkül tapmış dostluq münasibətlərinə böyük əhəmiyyət verirəm. Ümidvaram ki, ölkələrimiz arasındakı əlaqələr xalqlarımızın rifahı naminə daim genişlənəcək və inkişaf edəcəkdir.

Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Latviya Respublikasının xalqına sülh, əmin-amanlıq və firavanlıq arzulayıram.

Hörmətlə,

Heydər Əliyev, 
Azərbaycan Respublikasının Prezidenti.

Tarixi arayış

Azərbaycan - Avropa