İsrail Dövlətinin Baş Naziri zati-aliləri cənab Ehud Baraka - 18 may 1999-cu il


Hörmətli Ehud Barak!

Sizi İsrail dövlətinin Baş naziri seçilməyiniz münasibəti ilə səmimi qəlbdən təbrik edirəm.

Biz ölkələrimiz və xalqlarımız arasında təşəkkül tapmış dostluq münasibətlərinin inkişafına böyük əhəmiyyət veririk. Ümidvaram ki, başçılıq etdiyiniz hökumət Azərbaycan-İsrail əlaqələrinin genişləndirilməsi, ölkələrimiz arasındakı əməkdaşlığın dərinləşdirilməsi sahəsində səmərəli fəaliyyət göstərəcəkdir.

Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost İsrail xalqına sülh, əmin-amanlıq və firavanlıq arzulayıram.

Hörmətlə,

Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.

Oçerklər

Ümumi tarixi arayış

Tarixi arayış

Azərbaycan - Asiya