Azərbaycan Prezidenti Heydər Əliyevin Türkdilli Ölkələrin Dövlət Başçılarının VI Zirvə görüşündə və "Kitabi-Dədə Qorqud" dastanının 1300 illiyinə həsr olunmuş yubiley təntənələrində iştirak etmək üçün Bakıya gəlmiş Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin Binə Hava Limanında qarşılanma mərasimində bəyanatı - 7 aprel 2000-ci il


Mən böyük dostumuz, Qazaxıstan Respublikasının prezidenti, hörmətli Nursultan Nazarbayevi Azərbaycanda ürəkdən salamlayıram.

Mənim dəvətimi qəbul edib, Azərbaycana rəsmi səfərə gəldiyinə görə ona təşəkkürümü bildirirəm.

Ümidvaram ki, görüşlərimiz və danışıqlarımız zamanı biz ikitərəfli münasibətlərimizin bir çox məsələlərini müzakirə edəcəyik, əlbəttə, bir çox digər məsələlər barəsində fikir mübadiləsi aparacağıq. Bu səfər Qazaxıstan ilə Azərbaycan arasında dostluq münasibətlərinin və sıx əməkdaşlığın daha da möhkəmlənməsi, genişlənməsi işinə xidmət edəcəkdir.

Sizi ürəkdən salamlayıram.