Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Qazaxıstan Respublikasının Prezidenti zati-aliləri cənab Nursultan Nazarbayevə məktubu - 22 oktyabr 2003-cü il


Hörmətli Nursultan Abiseviç!

Qazaxıstan Respublikasının milli bayramı - Respublika günü münasibətilə Sizi və dost Qazaxıstan xalqını ürəkdən təbrik edirəm.

Şadam ki, Sizin başçılığınız ilə Qazaxıstan müstəqillik yollarında qarşıya çıxan bütün çətinlikləri dəf edərək böyük uğurlar qazanır.

əminəm ki, ölkələrimiz arasında dərin tarixi kökləri olan dostluq və əməkdaşlıq münasibətləri xalqlarımızın rifahı naminə, regionumuzda sabitlik və tərəqqi naminə daim inkişaf edəcəkdir.

Hörmətli Nursultan Abiseviç!

Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Qazaxıstan xalqına sülh və firavanlıq arzulayıram.

Hörmətlə,

Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.

"Azərbaycan" qəzeti, 25 oktyabr 2003-cü il.