Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Pakistanın Baş naziri Bənəzir Bhutto ilə söhbətindən - 14 dekabr 1994-cü il


... Azərbaycan Respublikası həm İslam Konfransı Təşkilatı daxilində, həm də digər beynəlxalq təşkilatlar çərçivəsində Pakistanla əməkdaşlığa xüsusi əhəmiyyət verir. Mənim fikrimcə, bu əməkdaşlıq daha da inkişaf etdirilməli və gücləndirilməlidir. Müstəqilliyini yenicə əldə edən, təcavüzə məruz qalan, müharibə ilə əlaqədar dərin böhran vəziyyəti keçirən gənc Azərbaycan Respublikasının böyük və nüfuzlu dövlət olan Pakistanın dəstəyinə həmişə ehtiyacı var.

Azərbaycan Respublikası müharibənin sülh yolu ilə başa çatdırılması üçün BMT, ATƏM çərçivəsində böyük iş aparır. Biz bu münaqişənin yalnız beynəlxalq təşkilatların iştirakı ilə həll olunmasına üstünlük veririk.