Liviya İnqilabının rəhbəri, Liviya Ərəb Sosialist Xalq Cəmahiriyyəsinin başçısı zati-aliləri cənab Müəmmər Qəzzafiyə - Bakı şəhəri, 27 avqust 2002-ci il


Hörmətli cənab başçı!

Liviya Ərəb Sosialist Xalq Cəmahiriyyəsinin milli bayramı - İnqilab günü münasibətilə Sizi və xalqınızı ürəkdən təbrik edirəm.

Əminəm ki, Azərbaycan ilə Liviya arasında yaranan dostluq münasibətləri xalqlarımızın mənafeyi naminə daim möhkəmlənəcək və inkişaf edəcəkdir.

Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Liviya xalqına sülh və tərəqqi arzulayıram.

Hörmətlə,

Heydər Əliyev, 
Azərbaycan Respublikasının Prezidenti.

"Azərbaycan" qəzeti, 1 sentyabr 2002-ci il.