İspaniya Krallığı Nazirlər Şurasının sədri zati-aliləri cənab Xose Maria Asnara - 7 oktyabr 2003-cü il


Hörmətli cənab sədr!

İspaniya Krallığının milli bayramı - İspan milləti günü münasibətilə sizi və xalqınızı ürəkdən təbrik edirəm. Ümidvaram ki, dost ölkələrimiz arasında əlaqələrin hərtərəfli genişləndirilməsi üçün göstərdiyimiz səylər bundan sonra da xalqlarımızın mənafeyinə xidmət edəcəkdir.

Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, xalqınıza sülh və tərəqqi arzulayıram.

Hörmətlə,

Heydər Əliyev, 
Azərbaycan Respublikasının Prezidenti.


"Azərbaycan" qəzeti, 12 oktyabr 2003-cü il.

Tarixi arayış

Azərbaycan - Avropa