Hörmətli cənab baş nazir!
Livan Resspublikasının baş naziri vəzifəsinə təyin olunmağınız münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.
Əminəm ki, Azərbaycan Respublikası ilə Livan Respublikası arasında münasibətlərin ölkələrimizin və xalqlarımızın rifahı naminə inkişaf etməsi üçün göstərdiyimiz birgə səylər öz bəhrəsini verəcəkdir.
Sizə möhkəm cansağlığı, uzun ömür, məsul vəzifənizdə müvəffəqiyyətlər, dost Livan xalqına isə tərəqqi və çiçəklənmə arzulayıram.
Hörmətlə,
Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.
"Azərbaycan" qəzeti, 14 noyabr 2000-ci il.