Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Türkiyə Respublikasının Baş naziri zati-aliləri cənab Bülənd Ecevitə məktubu - Bakı şəhəri, 5 fevral 2001-ci il


Hörmətli cənab Baş nazir!

Ölkəmizin Avropa Şurasına üzv qəbul olunması münasibətilə səmimi təbrikinizə görə Sizə minnətdarlığımı bildirirəm.

Azərbaycanın Avropa Şurasına daxil olmasında qardaş Türkiyənin dəstəyini yüksək qiymətləndirirəm. Ümidvaram ki, Avropa Şurası sıralarında əməkdaşlığımız xalqımızın və ölkələrimizin rifahına yeni töhfələr verəcəkdir.

Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Türkiyə xalqına sülh, əmin-amanlıq və firavanlıq arzulayıram.

Hörmətlə,

Heydər Əliyev,

Azərbaycan Respublikasının Prezidenti