Özbəkistan Prezidenti zati-aliləri cənab İslam Kərimova - Bakı şəhəri, 4 oktyabr 1999-cu il


Hörmətli İslam Əbdüqəniyeviç!

"Əsrin müqaviləsi"nin imzalanmasının beşinci ildönümünün bayram edilməsi münasibətilə səmimi təbrikinizə görə sizə ürəkdən təşəkkür edirəm.

Bu həqiqətən tarixi hadisə regionumuzun ölkələrinin sosiali-qtisadi inkişafı və çiçəklənməsi üçün çox böyük əhəmiyyətə malikdir.

Əminəm ki, xalqlarımız arasında çoxəsrlik kökləri olan dostluq və əməkdaşlıq bundan sonra da dərinləşəcək və genişlənəcəkdir.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işdə uğurlar, qardaş Özbəkistan xalqına sülh və firavanlıq arzulayıram.

Hörmətlə,

Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.