Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Polşa Respublikasının Prezidenti zati-aliləri cənab Aleksandr Kvasnevskiyə təbriki - Bakı şəhəri, 2 may 2001-ci il


Hörmətli cənab Prezident!

Polşa Respublikasının milli bayramı - Konstitusiya günü münasibətilə Sizi və dost Polşa xalqını ürəkdən təbrik edirəm.

Azərbaycan Respublikası ilə Polşa Respublikası arasında yaranmış dostluq və əməkdaşlıq münasibətlərinin inkişafına böyük əhəmiyyət verirəm. Əminəm ki, ikitərəfli əlaqələrimiz daim genişlənib inkişaf edərək xalqlarımızın rifahının yüksəlməsinə, regionda sülhün və sabitliyin möhkəmlənməsinə xidmət edəcəkdir.

Sizə möhkəm cansağlığı, uğurlar, ölkənizə sülh və firavan-lıq arzulayıram.

Hörmətlə,

Heydər Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Oçerklər

Azərbaycan - Avropa

Ümumi tarixi arayış

Azərbaycan - Avropa

Tarixi arayış

Azərbaycan - Avropa