Hörmətli cənab baş nazir!
İsrail dövlətinin milli bayramı - Müstəqillik günü münasibətilə sizi və dost İsrail xalqını ürəkdən təbrik edir, sizə cansağlığı və fəaliyyətinizdə uğurlar, ölkənizə sülh və tərəqqi arzulayıram.
Məmnuniyyətlə qeyd edirəm ki, Azərbaycan Respublikası ilə İsrail dövləti arasında təşəkkül tapmış dostluq və əməkdaşlıq münasibətlərinin daha böyük perspektivləri vardır.
Əminəm ki, ölkələrimizin əlaqələri inkişaf edib xalqlarımızın mənafeyinə xidmət edəcəkdir.
Hörmətlə,
Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.
"Azərbaycan" qəzeti, 21 aprel 2000-ci il.