İrlandiya Respublikasının Prezidenti Zati-Aliləri Xanım Meri Makalisə - Bakı şəhəri, 17 mart 2000-ci il


Hörmətli xanım prezident!

İrlandiya Respublikasının milli bayramı – Müqəddəs Patrik günü münasibətilə Sizi və ölkənizin dost xalqını səmimi qəlbdən təbrik edir, Sizə cansağlığı, səadət və uğurlar, ölkənizə tərəqqi və əmin-amanlıq arzulayıram.

Mən Azərbaycan Respublikası ilə İrlandiya Respublikası arasında mehriban dostluq və hərtərəfli əməkdaşlıq münasibətlərinin inkişafına böyük əhəmiyyət verirəm və əminəm ki, bu münasibətlər xalqlarımızın mənafeyi, ümumi sülh və əmin-amanlıq naminə inkişaf edib dərinləşəcəkdir.

Heydər Əliyev,

Azərbaycan Respublikasının Prezidenti 

"Azərbaycan" qəzeti, 19 mart 2000-ci il

Tarixi arayış

Azərbaycan - Avropa