Pakistan İslam Respublikasının prezidenti zati-aliləri cənab Perviz Müşərrəfə - Bakı şəhəri, 7 may 2002-ci il


Hörmətli cənab prezident!

Ümumxalq referendumda xalqın böyük əksəriyyətinin etimadını qazanmağınız münasibətilə Sizi ürəkdən təbrik edirəm.

Ölkələrimiz arasında qarşılıqlı anlaşmaya və dəstəyə əsaslanan dostluq və əməkdaşlıq münasibətlərindən məmnunluq duyuram. Əminəm ki, möhkəm təməl üzərində qurulmuş Azərbaycan-Pakistan əlaqələri xalqlarımızın iradəsinə uyğun olaraq daim inkişaf edəcəkdir.

Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Pakistan xalqına əmin-amanlıq və firavanlıq arzulayıram.

Hörmətlə,

Heydər Əliyev, 
Azərbaycan Respublikasının Prezidenti.

"Azərbaycan" qəzeti, 8 may 2002-ci il.

Oçerklər

Ümumi tarixi arayış

Tarixi arayış