Ülyahəzrət!
Niderland Krallığının milli bayramı – Kraliça günü münasibətilə Sizi və dost Niderland xalqını səmimi-qəlbdən təbrik edirəm.
Azərbaycan ilə Niderland arasındakı mövcud dostluq və əməkdaşlıq münasibətlərinə xüsusi əhəmiyyət verirəm. Əminəm ki, ölkələrimiz arasındakı əlaqələr bundan sonra da xalqlarımızın mənafeyi naminə inkişaf edəcək və möhkəmlənəcəkdir.
Sizə möhkəm cansağlığı, xoşbəxtlik, ölkənizə sülh, əmin-amanlıq və firavanlıq arzulayıram.
Hörmətlə,
Heydər Əliyev
Azərbaycan Respublikasının Prezidenti.