Əlahəzrət!
Səudiyyə Ərəbistanının milli bayramı münasibətilə Sizi və xalqınızı ürəkdən təbrik edirəm.
Əminəm ki, Azərbaycan ilə Səudiyyə Ərəbistanı arasında dostluq və əməkdaşlıq münasibətləri xalqlarımızın mənafeyi naminə bundan sonra da inkişaf edəcək və genişlənəcəkdir.
Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Səudiyyə Ərəbistanı xalqına sülh və firavanlıq arzulayıram.
Hörmətlə,
"Azərbaycan" qəzeti, 23 sentyabr 2003-cü il.