Hörmətli cənab Prezident!
Livan Respublikasının milli bayramı - Müstəqillik Günü münasibətilə Sizi və dost Livan xalqını ürəkdən təbrik edirəm.
Ümidvaram ki, Azərbaycan Respublikası ilə Livan Respublikası arasında təşəkkül tapmaqda olan dostluq münasibətləri daim inkişaf edərək ölkələrimizin və xalqlarımızın rifahına xidmət edəcəkdir.
Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, ölkənizə sülh və tərəqqi arzulayıram.
Hörmətlə,
Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.