Kambocanın Kralı Əlahəzrət Norodom Sianuka - Bakı şəhəri, 9 noyabr 2000-ci il


Əlahəzrət!

Kamboca Krallığının milli bayramı - Müstəqillik günü ilə əlaqədar olaraq Sizi, kral ailəsinin üzvlərini və dost Kamboca xalqını ürəkdən təbrik edirəm.

Ümidvaram ki, Azərbaycan Respublikası ilə Kamboca Krallığı arasında dostluq və əməkdaşlıq əlaqələri hər iki ölkənin xalqlarının mənafeyi naminə inkişaf edib genişlənəcək, bütün dünyada sülh və təhlükəsizlik işinə xidmət edəcəkdir.

Fürsətdən istifadə edib Sizə möhkəm cansağlığı, səadət və uğurlar, xalqınıza sülh və əmin-amanlıq arzulayıram.

Hörmətlə,

Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti


"Azərbaycan" qəzeti, 10 noyabr 2000-ci il.

Oçerklər

Ümumi tarixi arayış

Tarixi arayış