Hörmətli cənab prezident!
Sizi yenidən Yəmən Ərəb Respublikasının prezidenti seçilməyiniz münasibətilə səmimi-qəlbdən təbrik edirəm.
Ölkələrimiz və xalqlarımız arasında təşəkkül tapmış dostluq münasibətlərini yüksək qiymətləndirirəm. Ümidvaram ki, başçılıq etdiyiniz hökumət Azərbaycan-Yəmən əlaqələrinin genişləndirilməsi, ölkələrimiz arasındakı əməkdaşlığın dərinləşdirilməsi sahəsində səmərəli fəaliyyət göstərəcəkdir.
Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Yəmən xalqına sülh, əmin-amanlıq və firavanlıq arzulayıram.
Hörmətlə,
Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.