Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Azərbaycana rəsmi səfəri zamanı Rumıniya Prezidenti İon İliyeskunun Binə Hava limanında qarşılanması mərasimində bəyanatı - 27 mart 1996-cı il


Hörmətli prezident! Hörmətli qonaqlar!

Bu gün Azərbaycan Respublikası ölkəmizə rəsmi səfərə gəlmiş Rumıniya prezidenti hörmətli cənab İon İliyeskunu qəbul edir. Bizim əziz qonağımız, Azərbaycana gəlməyiniz münasibətilə sizi salamlayıram. Ümidvaram ki, Rumıniya ilə Azərbaycan arasında əməkdaşlığın daha da inkişaf etdirilməsi problemləri haqqında, həllinə Rumıniyanın və Azərbaycanın maraq göstərdikləri bir çox başqa məsələlər barədə əvvəllər başlanmış dialoqu burada, Bakıda davam etdirə biləcəyik.

Ölkələrimiz arasında mehriban münasibətlər yaranmışdır. Artıq müəyyən nəticələr əldə etmişik. Lakin əminəm ki, Rumıniya prezidentinin Azərbaycana səfəri münasibətlərimizin möhkəmləndirilməsində, əməkdaşlığımızın daha da inkişaf etdirilməsində yeni mərhələ olacaqdır.

Azərbaycana xoş gəlmisiniz! Biz sizi əziz qonaq kimi qəbul edirik və ümidvarıq ki, səfəriniz səmərəli və yaddaqalan olacaqdır. Sizi salamlayıram!