Qambiya Respublikasının prezidenti zati-aliləri cənab Yaya Cammeyə - 8 fevral 2001-ci il


Hörmətli cənab prezident!

Qambiya Respublikasının milli bayramı-Müstəqillik günü münasibətilə Sizi və dost Qambiya xalqını səmimi qəlbdən təbrik edirəm.

Əminəm ki, ölkələrimiz arasında təşəkkül tapmaqda olan münasibətlər xalqlarımızın rifahına xidmət edəcəkdir.

Sizə möhkəm cansağlığı və işlərinizdə uğurlar, ölkənizə sülh, əmin-amanlıq və tərəqqi arzulayıram.

Hörmətlə!

Heydər Əliyev,

Azərbaycan Respublikasının Prezidenti.

"Azərbaycan" qəzeti, 18 fevral 2001-ci il