Burkina Fasonun prezidenti Zati-aliləri cənab Blez Kompaoreyə - Bakı şəhəri, 10 dekabr 2000-сi il


Hörmətli cənab prezident! 

Burkina Fasonun milli bayramı – Xalq İnqilabı Günü münasibəti ilə Sizi və ölkənizin dost xalqını ürəkdən təbrik edir, Sizə cansağlığı və səadət, ölkənizin bütün vətəndaşlarına sülh, əmin-amanlıq və tərəqqi arzulayıram.

Ümidvaram ki, Azərbaycan Respublikası ilə Burkina Faso arasında dostluq və əməkdaşlıq əlaqələri ölkələrimizin və xalqlarımızın mənafeyi naminə genişlənib möhkəmlənəcəkdir. 

Hörmətlə,

Heydər Əliyev,

Azərbaycan Respublikasının Prezidenti

“Azərbaycan” qəzeti, 14 dekabr 2000-ci il

Oçerklər

Ümumi tarixi arayış

Tarixi arayış