Əlahəzrət!
Səudiyyə Ərəbistanı Krallığının milli bayramı - Milli Gün münasibətilə Sizi və dost Səudiyyə Ərəbistanı xalqını səmimi qəlbdən təbrik edirəm.
Əminəm ki, qardaş ölkələrimiz arasındakı əlaqələrin hərtərəfli inkişafı xalqlarımızın rifahına yeni-yeni töhfələt verəcəkdir.
Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, ölkənizə sülh və əmin-amanlıq arzulayıram.
Hörmətlə,
"Azərbaycan" qəzeti, 23 sentyabr 2001-ci il.